Tokayev Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edib

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra kadr təyinatları edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "24KZ" Akordanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Müvafiq fərmanla Yermek Saqimbayev Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.

Digər fərmanla Timur Suleymenov ölkənin Milli Bankının sədri vəzifəsinə təyin edilib.

Bundan əlavə, Dmitri Malaxov Qazaxıstanın Ali Məhkəmə Şurasının sədri, Artur Lastayev isə insan hüquqları üzrə müvəkkil olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: