“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib

A- A A+

Ukraynaya kömək etmək üçün "Könüllülər koalisiyası" münaqişə bitdikdən sonra bu ölkəyə çoxmillətli hərbi qüvvə göndərmək planlarını təsdiqləyib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə koalisiyanın həmsədrlərinin Ukraynanın paytaxtı Kiyevdə keçirilən görüşdən sonra yaydıqları bəyanatda bildirilib.

Böyük Britaniyanın Baş naziri Endi Börnemin ofisi tərəfindən dərc olunan bəyanata əsasən, koalisiya Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi üçün hazırlıqları davam etdirəcək. Görüş iştirakçıları buna atəşkəs qüvvəyə mindikdən sonra Ukraynanın təhlükəsizliyini və rifahını təmin etmək üçün nəzərdə tutulmuş daha geniş, möhkəm, siyasi və hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri çərçivəsində nail olmağa ümid ediblər. Təklif olunan kontingentin dəqiq sayı isə açıqlanmayıb.

Həmçinin "Könüllülər koalisiyası"nın həmsədrləri Rusiyanı mövcud demarkasiya xəttinə əsaslanaraq heç bir şərt qoymadan tam və dərhal atəşkəsə razılaşmağa çağırıblar.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov əvvəllər deyib ki, Avropa ölkələrinin məqsədi münaqişənin səbəblərini həll etmədən onu dondurmaq və Fransa-Britaniya kontingentlərini Ukraynaya yerləşdirməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: