İran hökuməti Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadi sanksiyalarına hazırdır.
NUHÇIXAN xəbər verir ki, bunu İranın iqtisadiyyat və maliyyə naziri Əli Mədənzadə bu ölkənin Dövlət Televiziyasına müsahibəsində bildirib.
O, hökumətin ölkənin iqtisadi inkişafı üçün plan hazırladığını və bütün ssenarilərin onun çərçivəsində nəzərdən keçirildiyini deyib.
Nazir, həmçinin sanksiyaların İran üçün yeni olmadığını vurğulayıb. O, məsələnin İranın iqtisadi və ticarət kanallarını tamamilə kəsə biləcəyi şəkildə qurulmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ İrana yeni sanksiyalar tətbiq edib. Bu ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, İrana qarşı sanksiyaların siyahısına təxminən 50 hüquqi və 20-dən çox fiziki şəxs, eləcə də 6 neft tankeri əlavə olunub.
