Çin Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarına qarşı çıxır, eyni zamanda, ölkə şirkətlərinin hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Çanq bildirib.
O, ABŞ-nin İrana qarşı sanksiyalar siyahısına Çinli fərdlərin və qurumların daxil edilməsi ilə bağlı deyib:"Biz qətiyyətlə beynəlxalq hüquq tərəfindən dəstəklənməyən və BMT Təhlükəsizlik Şurasının təsdiqlənmədiyi qanunsuz birtərəfli sanksiyalara qarşıyıq. Biz Çin biznesinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcəyik".
