Sankt-Peterburqda Ermənistan vətəndaşı qazaxıstanlı sahibkarı güllə ilə yaralayıb

A- A A+

Sankt-Peterburqda yerləşən “Kalininskaya” tərəvəz bazasında Ermənistan vətəndaşı qazaxıstanlı sahibkara atəş açıb.

NUHÇIXAN xəbər verir ki, mayın 8-də baş vermiş hadisənin üstü bu gün açılıb. Ət daşıyan maşının sürücüsü, 33 yaşlı Ermənistan vətəndaşı ilə 51 yaşlı qazaxıstanlı sahibkar arasında münaqişə yaranıb. Hadisə zamanı erməni sürücü sahibkara travmatik silahdan beş dəfə atəş açıb. Güllələrdən yalnız biri sahibkarı dizindən yaralayıb.

Hadisə yerindən qaçmış sürücü bu gün saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: