Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

A- A A+

Krasnodar diyarında pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, bunu Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev deyib.

Onun sözlərinə görə, PUA qalıqları Severski rayonunda yerləşən Afipskaya dəmir yolu stansiyasının ərazisinə düşüb.

Bundan əlavə, Afipski qəsəbəsində azı 10 fərdi yaşayış evinə ziyan dəyib, onlardan birində yanğın baş verib. Neft emalı müəssisəsinin ərazisində də yanğın olub. Hadisə yerlərində yanğınsöndürmə və operativ xidmətlərin əməkdaşları işləyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: