Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb.
NUHÇIXAN xəbər verir ki, 24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.
Eyni zamanda, daha doqquz nəfərə qarşı cinayət işi açılıb.
Qeyd olunur ki, Köçəryan 1998-2008-ci illərdə Ermənistan Respublikasının Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir.
Köçəryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub. Evində axtarış başa çatıb.
