Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınlarının sahəsi son 24 saat ərzində 34 min hektar artaraq 439 min 400 hektara çatıb.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bölgənin üç rayonunda -Evenki, Turuxansk və Yeniseydə yanğınlar davam edir.
Yaşayış məntəqələri üçün təhlükə yoxdur. Yanğınların söndürülməsində 647 nəfər iştirak edir.
