Avropada qaz anbarlarının doluluq nisbəti ötənilki səviyyədən 12 faiz aşağıdır

A- A A+

Hazırda Avropada təbii qaz anbarlarının doluluq nisbəti hazırda 61,6 faizdir. Ötən ilin eyni dövründə isə bu göstərici 74 faiz olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat yayıb.

“Köhnə qitədə” təbii qaz qiymətləri aşağı ehtiyatlar və təchizatın pozulması səbəbindən 5 faizədək artıb. Hazırda Niderlandın TTF habında təbii qazın qiyməti meqavat-saat üçün 68,36 avroya çatıb.

Analitiklərin fikrincə, bu artıma ehtiyat səviyyələrinin ötənilki səviyyələrdən aşağı qalması və təchizat kəsintiləri riski təsir edib. Qeyd olunur ki, anbarların doluluq nisbəti aşağı səviyyədə qalarsa, xüsusən də bu, soyuq qış aylarında baş verərsə, noyabr-mart ayları arasında təbii qaz qiymətləri kəskin arta bilər.

Avropa İttifaqı dekabrın 1-dək anbarların doluluq nisbətini 80 faizə çatdırmağı hədəfləsə də, təchizatdakı fasilələrin bu hədəfə mənfi təsir göstərəcəyi gözlənilir.

ABŞ-İran müharibəsi Yaxın Şərq ölkələrindən Avropaya qaz nəqlinə mənfi təsir göstərir.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, Yaxın Şərqdə təchizatdakı fasilələr və Rusiyadan mayeləşdirilmiş təbii qaz tədarükünün dayandırılması səbəbindən Avropa bu qış fəslində ciddi risklərlə üzləşə bilər.

“Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026/2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: