Qırğızıstanda Köçəri Oyunları ilə əlaqədar gümüş sikkə buraxılıb

A- A A+

Qırğızıstan Milli Bankı avqustun 25-dən etibarən “Tayqan yarış” adlı gümüş kolleksiya sikkəsini dövriyyəyə buraxır və bu, VI Ümumdünya Köçəri Oyunlarına həsr olunub.

NUHÇIXAN xəbər verir ki, sikkənin ön tərəfində qaçışda iştirak edən Qırğızıstanın milli it cinsi olan 3 tayqanın təsviri yerləşdirilib. Onların arxa fonunda stilizə edilmiş qırğız dağları təsvir olunub. Həmin tərəfdə, həmçinin Köçəri Oyunlarının emblemi, milli ornament, sikkənin nominal dəyəri, əyarı və çəkisi göstərilib.

Sikkənin arxa tərəfində Qırğızıstanın gerbi, tayqanın başının təsviri, “Dünya Köçəri Oyunları” / “World Nomad Games” yazısı və buraxılış ili yerləşdirilib.

Nominal dəyəri 10 som (11 dollar) təşkil edir, lakin 8 min 900 soma satılacaq. Sikkə 925 əyarlı gümüşdən hazırlanıb və çəkisi 28,28 qramdır. Tirajı 1 000 nüsxədir.

Hər bir sikkə akril kapsula və ayrıca futlyara yerləşdirilib. Həmçinin keyfiyyət sertifikatı da əlavə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: