Almaniya daha 23 əfqan miqrantı deportasiya edib.
NUHÇIXAN xəbər verir ki, Federal Daxili İşlər Nazirliyi onların böyük hissəsinin ağır cinayətlərə görə məhkum olunmuş şəxslər olduğunu açıqlayıb. Əfqan miqrantlar bu gün səhər çarter reysi ilə Kabilə yola salınıb.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt cəmiyyətin cinayət törətmiş şəxslərin ölkəni tərk etməsində maraqlı olduğunu bildirib. “Almaniyada yaşamaq hüququ olmayan hər kəs ölkəmizi tərk etməli olacağını gözləməlidir. Biz bu kursu ardıcıl şəkildə həyata keçiririk”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, iyulun sonunda 31 əfqan miqrant Lepysiq-Kabul çarter reysi ilə ölkələrinə deportasiya edilmişdi.
