Paşinyan II Qareginlə kilsədə islahatları müzakirə etməyə hazırdır

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan katolikos II Qareginlə Erməni Apostol Kilsəsi ilə bağlı islahat proqramını müzakirə etməyə hazır olduğunu bildirib.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Əgər II Qaregin və ya Ktriç Nersisyan Erməni Apostol Kilsəsi ilə bağlı islahatlar proqramını qəbul edərlərsə, mən bu proqramı müzakirə edəcəyəm. İslahatlar proqramı aydın şəkildə formalaşdırılıb: düzgün davranış qaydaları və onlara əməl edilməsi üçün dəqiq mexanizmlər", - Paşinyan bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: