“Axios”: ABŞ İrana yeni zərbələr endirməyi planlaşdırmır

A- A A+

ABŞ yaxın gələcəkdə İrana yeni zərbələr endirməyi planlaşdırmır və Tehrana təzyiq göstərməyin digər vasitələrinə, o cümlədən sanksiyalara diqqət yetirəcək.

NUHÇIXAN xəbər verir ki, “Axios” portalının məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu barədə bir neçə ölkənin xarici işlər nazirlərini məlumatlandırıb.

Portal yazır ki, Rubio "ABŞ-ın genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmadığını açıq şəkildə bildirib, lakin İran ilk hücum edəcəyi təqdirdə zərbələr endirilməsini də istisna etməyib". Portalın mənbələrinə görə, ABŞ sanksiyalar və dəniz blokadası vasitəsilə İrana iqtisadi təzyiqi artırmağa, eləcə də Hörmüz boğazından mümkün qədər çox neft daşımağa çalışacaq.

“Axios” mənbələrinə istinadla qeyd edir ki, ABŞ administrasiyası bu yanaşmanı ən azı noyabrın 3-də keçiriləcək aralıq konqres seçkilərinə qədər saxlamaq niyyətindədir. Bildirilir ki, ABŞ hazırda Tehranla danışıqlar aparmır, lakin “bu təzyiqin İranı danışıqlar masasına qayıtmasına kömək edə biləcəyinə” inanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: