“Politico”: Aİ öz vəzifəli şəxslərinə qarşı kiberhücumları ilin əsas təhdidlərindən biri adlandırıb

A- A A+

Avropa İttifaqının kibermüdafiə bölməsi yüksək vəzifəli məmurların hesablarının oğurlanmasını 2026-cı ildə üzləşdiyi əsas təhdidlərdən biri kimi müəyyən edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri iyul ayında Aİ hökumət nümayəndələrinə göndərilən daxili təqdimata istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Aİ qurumları 2026-cı ildə səkkiz "əhəmiyyətli kibertəhlükəsizlik hadisəsi" ilə üzləşib. Təqdimatda xarici dövlətlərin dəstəklədiyi hakerlərin yüksək vəzifəli məmurların “WhatsApp” hesablarına daxil olmağa çalışdığı göstərilir.

“Politico” bildirir ki, hakerlər məmurları şübhəli linklərə klikləməyə və ya zərərli əlavələri açmağa vadar etmək üçün fərdiləşdirilmiş mesajlar yaratmaq məqsədilə fişinq və sosial mühəndislik üsullarından istifadə edirlər.

Mütəxəssislərin fikrincə, əsas problemlərdən biri Aİ qurumları arasında məxfi sənədlərin mübadiləsi üçün vahid sistemin olmamasıdır.

Aprel ayında Avropa Komissiyasının kibertəhlükəsizlik xidməti CERT-EU bildirib ki, beynəlxalq “ShinyHunters” qrupunun hakerləri Avropa Komissiyasından 340 GB məxfi məlumatı, o cümlədən Avropa rəsmilərinin şəxsi məlumatları, yazışmaları oğurlayıb və artıq “darknet”də satışa çıxarıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: