“Heart Aerospace”dən uğurlu sınaq – 27 dəqiqəlik uçuşa 5 dollarlıq enerji sərf olundu

A- A A+

“Heart Aerospace” şirkəti dünyada batareya ilə işləyən ən böyük təyyarə olan X1 elektrik təyyarəsinin ilk uçuş sınağını uğurla başa vurub.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, 23 metr uzunluğunda, 32 metr qanad açılışı və 11 tondan çox ağırlığında olan 30 yerlik təyyarə 335 metr hündürlükdə 27 dəqiqə uçub və sərnişinsiz tək pilot tərəfindən idarə olunub.

Şirkət əldə edilən məlumatlara görə, 2031-ci ilə qədər kommersiya uçuşlarına başlanması planlaşdırılır.

“Air Canada”, “United” və JSX təyyarəyə maraq göstərirlər. Bu da yanacaq və texniki xidmətə potensial qənaətlə bağlıdır. Lakin ilkin sınaqlar göstərir ki, X1 təmiz elektrik enerjisi ilə 200 kilometrdən çox məsafə qət edə bilmir, əksər regional marşrutlar üçün uyğun deyil. Əlavə generatora malik hibrid versiya olan “ES-30” 800 kilometrə qədər uça biləcək ki, bu da onu daha praktik edir.

Buna baxmayaraq, “Heart Aerospace” şirkəti iddia edir ki, yanacaq və texniki xidmət qənaəti “ES-30”-u oxşar regional təyyarələrlə müqayisədə 40 faiz daha ucuz edəcək. Şirkət, həmçinin bildirib ki, 27 dəqiqəlik sınaq uçuşu üçün sərf olunan elektrik enerjisinə cəmi 5 dollar xərclənib. Bu xərclərə əmək haqqı, hava limanı haqları və batareya aşınması kimi digər xərclər daxil deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: