Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

A- A A+

Çinin Nepal ilə sərhədində yerləşən “Girong” sərhəd-keçid məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində azı 558 nəfər itkin düşüb.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, itkin düşənlər arasında 260 əcnəbi vətəndaş da var.

Çinin “Sinxua” agentliyinin məlumatına əsasən, torpaq sürüşməsi avqustun 26-da saat 10:30 radələrində sərhədin Nepal tərəfində baş verib. Hadisə nəticəsində üç nəfər həlak olub.

Hazırda itkin düşənlərin axtarışı və xilasetmə işləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: