Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

A- A A+

Yaponiyanın Toyama və İşikava prefekturalarında leysan yağışları səbəbindən 100 mindən çox insana təhlükəsiz ərazilərə təxliyə olunmaq tövsiyə edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparılıb.

Məlumata görə, 80 mindən çox insan üçün təhlükənin ən yüksək - beşinci səviyyəsi elan edilib. Bu səviyyə əhalinin dərhal təhlükəsizlik tədbirləri görməsini nəzərdə tutur.

İşikava, Toyama və Niigata prefekturalarında güclü yağışlar müşahidə olunur. Bəzi ərazilərdə son 24 saat ərzində yağıntının miqdarı 300 millimetri ötüb.

Sinoptiklər güclü yağışların daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: