Kəskinləşən qlobal rəqabət fonunda Cənubi Koreya insanabənzər robotların yerli inkişafını dəstəkləmək üçün 2030-cu ilə qədər 2,3 trilyon von (1,66 milyard ABŞ dolları) xərcləməyi planlaşdırır.
NUHÇIXAN-ın "Yonhapa"a istinadən məlumatına görə, bu barədə ölkənin Planlaşdırma və Büdcə Nazirliyi açıqlama yayıb.
Açıqlamaya əsasən, Cənubi Koreya hökuməti gələn ilin büdcəsində 10 əsas sənaye sahəsinə uyğunlaşdırılmış insanabənzər robotlar üçün kütləvi istehsal sistemləri qurmağı və əsas komponentlərin yerliləşdirmə dərəcəsini hazırkı 45 faizdən 80 faizə qədər artırmağı hədəfləyir.
Hökumət universitetlərə və dövlət tərəfindən maliyyələşdirilən tədqiqat institutlarına paylamaq üçün 2027-ci ildə 250, 2030-cu ilə qədər isə ümumilikdə 1080 yerli insanabənzər robot satın alacaq.
Nazirlik əlavə edib ki, Cənubi Koreya yerli robot əməliyyat sisteminin inkişafı da daxil olmaqla, 2031-ci ilə qədər özünün tammiqyaslı yerli insanabənzər robot texnologiyasını tamamlamağı hədəfləyir.
