İstanbulda su anbarlarının doluluq səviyyəsi kritik həddən aşağı düşüb

A- A A+

Türkiyənin İstanbul şəhərini su ilə təmin edən anbarlarda doluluq səviyyəsi 45,16 faizə enib. Bu göstəricinin kritik həddən aşağı olduğu bildirilir.

NUHÇIXAN xəbər verir ki, şəhərin su anbarlarında avqustun 19-da 48,13 faiz olan doluluq səviyyəsi 8 gün ərzində 2,97 faiz azalıb.

Bu il ərzində isə anbarların doluluğu 72,05 faizlə mayın 11-də ən yüksək səviyyəyə çatıb.

Hazırda ən yüksək doluluq 74,29 faizlə Elmalı, ən aşağı göstərici isə 10,64 faizlə Pabuçdərə su anbarlarında qeydə alınıb.

Göstəricilər nəzərə alınaraq mütəxəssislər əhalini suya qənaət etməyə çağırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: