Çin Dövlət Şurasının Sədri (Baş nazir) Li Çian Nepal-Çin sərhədində baş verən təbii fəlakət bölgəsinə gedib.
NUHÇIXAN xəbər verir ki, Baş naziri müvafiq hökumət qurumlarının rəhbər şəxsləri müşayiət edirlər. Heyət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərini təftiş edəcək, zərərçəkənlərlə görüşəcək.
Qeyd edək ki, Nepalın Çin ilə sərhədi yaxınlığında avqustun 26-da baş verən selin yaratdığı daşqın və palçıq axını nəticəsində hər iki ölkədə xeyli sayda ölən və itkin düşən var.
