Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb

A- A A+

Nepalda baş verən dağıdıcı sel fəlakətindən sonra azı 8 Almaniya vətəndaşı itkin düşüb.

NUHÇIXAN “Zeit” qəzetinə istinadla xəbər verir ki, Nepalın yerli hakimiyyət orqanlarının məlumatında onların sel və palçıq-daş axınlarından sonra xəbər alınmayan yüzlərlə xarici turistin arasında olduğu bildirilib.

Ümumilikdə Nepalda 29 ölkədən olan 476 əcnəbi itkin düşüb. Onların arasında 177 nəfər olmaqla, Hindistan vətəndaşları üstünlük təşkil edir. Amerika Birləşmiş Ştatlarından 63, Ukraynadan isə 53 nəfərin itkin düşdüyü açıqlanıb.

Çinin Tibet bölgəsində isə daha 260 əcnəbinin itkin düşdüyü bildirilir. Çinin dövlət mediasının məlumatına görə, Tibetdə ümumilikdə 550-dən çox insan itkin sayılır. Nepal və Çin ərazisində birlikdə itkin düşənlərin sayı təxminən 1500 nəfərə çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: