Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq

A- A A+

Oktyabrın 1-dən etibarən Almatı-Daşkənd beynəlxalq qatarının tərkibində ilk dəfə qadınlar üçün ayrıca vaqon olacaq. Bu vaqona biletlər yalnız qadınlara satılacaq, sərnişinlərə isə yalnız qadın bələdçilər xidmət göstərəcəklər.

NUHÇIXAN xəbər verir ki, yeddi yaşdan yuxarı oğlan uşaqları da böyüklərin müşayiəti ilə bu vaqonda gedə biləcəklər.

“Podrobno.uz” portalı yazır ki, Qazaxıstanın “Sərnişindaşıma” SC-nin İdarə Heyətinin sədri Anuar Axmetjanovun sözlərinə görə, qərar marşruta olan tələbat və sərnişin axınının artması nəzərə alınaraq qəbul edilib.

Qazaxıstanın daxili istiqamətlərində qadınlar üçün vaqon xidmətinin tətbiqindən bu yana həmin xidmətdən 946 mindən çox insan istifadə edib. Almatı-Daşkənd marşrutunun əlavə edilməsindən sonra bu göstərici 14-ə çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: