Gürcüstan Baş nazirinin müavini nazir postundan və siyasətdən gedir

A- A A+

Gürcüstan Baş nazirinin müavini Mamuka Mdinaradze regional siyasət məsələləri üzrə nazir vəzifəsini tərk edərək siyasətdən gedir.

"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

"Mən vəzifədən və siyasətdən getmək qərarına gəldim. Çox danışmayacağam: mənim üçün bu 10 il əmək, Vətənə sədaqət və dostlarla birlikdə gördüyümüz böyük işlərdən ibarət on il oldu", – o qeyd edib.

M.Mdinaradze 2016-cı ildə Gürcüstan parlamentinin deputatı olub: 2025-ci ilin sentyabrına qədər siyasi fəaliyyətlə məşğul olub və iqtidar partiyasının əsas spikerlərindən biri olub. Daha sonra o, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri postunu tutub. 2026-cı il aprelin 30-da hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi yaradıldıqdan sonra Mdinaradze bu posta təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: