Müdafiə Nazirliyi: Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

A- A A+

Yunanıstanın Rodos adasında pilotsuz uçuş aparatları bazası yaratmaq cəhdləri bu adanın beynəlxalq statusuna ziddir və regionda mehriban qonşuluq prinsiplərinə zərər vuracaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin avqustun 27-də Ankarada yayımlanan bəyanatında deyilir.

Nazirlik Türkiyənin regionda öz hüquq və maraqlarını qorumağa davam edəcəyinə əminliyini ifadə edib.

Bununla yanaşı, Ankara Afinanın “səhv praktikadan uzaqlaşmaq yolunda müsbət addım” kimi Karpatos adasından “Patriot” zenit-raket komplekslərini Krit adasına dislokasiya etmək barədə qərarını müsbət addım adlandırıb.

Türkiyə Yunanıstana məxsus demilitarizasiya edilmiş adaların statusunu dəqiq şəkildə tənzimləyən beynəlxalq sazişlərin qüvvədə olduğunu xatırladıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: