Birləşmiş Ştatların neft ehtiyatları artıb

A- A A+

ABŞ-nin kommersiya xam neft ehtiyatları artır.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 100 min barel artaraq 428 milyon 900 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 600 min barel artacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 3 milyon 700 min barel azalaraq 289 milyon 700 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 2 milyon 500 min barel azalaraq 206 milyon 800 min barel təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: