Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır

A- A A+

ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum planlaşdırmadığına əminliyini ifadə edib.

NUHÇIXAN xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mənim onunla yaxşı danışıqlarım olub. O, NATO ərazisinə hücum etməyəcək", - ABŞ lideri Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutaraq bildirib.

Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyaya son səfərində bu mövzunun müzakirə olunub-olunmadığına toxunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: