Çinin Tibet Muxtar Rayonun Nepalla sərhəd Qyironq bölgsində baş verən daşqın və palçıq axınından zərər çəkmiş bütün sakinlər və turistlər təxliyə edilib.
NUHÇIXAN yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, təbii fəlakət zonasındakı kəndin 499 sakini və tikinti işçiləri təhlükəsiz əraziyə köçürülüb. Bundan başqa, ərazidən 555 turist çıxarılıb. Sakinlər və turistlər gündəlik tələbat malları, ərzaqla təmin edilib.
Qeyd edək ki, avqustun 26-da Nepalın Rasuva rayonunda, bu ölkənin Çin ilə sərhədi yaxınlığında çayda suyun səviyyəsinin qəflətən qalxması nəticəsində güclü daşqın baş verib. Nəticədə çayın sahilində yerləşən yaşayış məntəqələri, Çin-Nepal sərhəd-keçid məntəqəsi, habelə tikilməkdə olan su elektrik stansiyası və yollar suyun altında qalıb. Son məlumatlara əsasən, Nepal tərəfdə ölənlərin sayı 389-a çatıb, xarici turist və zəvvarlar daxil olmaqla 910 nəfər itkin düşüb. Çin tərəfdə isə 3 nəfər həlak olub, 558 nəfər itkin düşüb, 2 yerli kənd sakini isə xilas edilib. Hər iki ölkədə axtarış-xilasetmə işlərinə və təbii fəlakətin nəticələrinin aradan qaldırlmasına mülki müdafiə işçiləri ilə yanaşı, hərbçilər və polislər də cəlb olunublar.
