Körfəzdən xam neft və neft məhsulları ixracı Yaxın Şərqdəki müharibədən əvvəlki səviyyələrin təxminən üçdəikisi həcmində bərpa olunub. Bu da münaqişənin qlobal xam neft qiymətlərinə təsirini məhdudlaşdırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.
Bankın analitikləri bildiriblər ki, regiondan ümumi xam neft və neft məhsulları ixracı gündəlik 15-16 milyon barelə yüksəlib və bu, Hörmüz boğazından tranzitin qismən artması ilə bağlıdır.
Analitiklərə görə, bu həcm hələ də münaqişədən əvvəlki səviyyələrdən gündəlik 7-8 milyon barel aşağıdır. Lakin mart ayında müşahidə olunan sutkalıq 5-6 milyon barellik minimum göstəricidən isə xeyli yüksəkdir.
Hörmüz boğazından neft tranziti ABŞ rəsmilərinin gündəlik 8-10 milyon barellik proqnozuna yaxınlaşıb.
