ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər

A- A A+

Tramp administrasiyasının Venesuelanın neft yataqlarında pay əldə etmək üçün Cənubi Amerika ölkəsinin müvəqqəti hökuməti ilə danışıqlar apardığı bildirilir.

NUHÇIXAN “Axios” nəşrinə istinadla xəbər verir ki, ABŞ rəsmiləri bunu “böyük” saziş adlandırırlar.

“Prezident Donald Tramp Amerikanın enerji gələcəyini təkcə ABŞ-də deyil, bütün yarımkürədə gələcək nəsillər üçün təmin etməyə çox yaxındır", - deyə mənbələr bildirib.

Yekun razılaşmanın dəqiq vaxtı hələ məlum deyil. Lakin ABŞ-nin energetika naziri Kris Rayt gələn həftə Venesuelaya səfər etməyi planlaşdırır.

Bir neçə neft yatağının 100 il müddətinə icarəyə verilməsi müzakirə olunur.

ABŞ bu sazişlə strateji neft ehtiyatlarını ikiqat artırmaq niyyətindədir. Hazırda ölkənin neft ehtiyatları son 40 ilin ən aşağı səviyyəsindədir.

Qeyd edək ki, Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: