Hindistan ABŞ-dən "Javelin" tank əleyhinə raket kompleksləri almağı planlaşdırır

A- A A+

Hindistan ABŞ-dən "Javelin" tank əleyhinə raket kompleksləri almağı planlaşdırır.

NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Hindistandakı səfiri Serjio Qor bildirib.

Agentlik planlaşdırılan sövdələşmə barədə təfərrüatları təqdim etməyib. Eyni zamanda, Vaşinqton tərəfindən təklifə verilən reaksiya məlum deyil.

Qeyd edək ki, FGM-148 Javelin ("Javelin") ABŞ-nin tank əleyhinə raket kompleksidir. FGM-148 kompleksinin raketləri bütün növ zirehli texnikaları effektiv şəkildə vurmaq qabiliyyətinə malikdir.

Məlumata görə, bir raketin qiyməti 200 000 dollardan 250 000 dollardadək təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: