Nepalda yeni daşqın təhlükəsi yaranıb

A- A A+

Nepalın Çhoçen Xola və Purepu Tsanqpo çaylarının qovuşduğu yerdəki yarımsüni gölün bəndi dağılıb.

NUHÇIXAN Nepal mediasına istinadla xəbər verir ki, bəndin dağılması Bhotekoşi çayına daha bir iri su axını ilə bağlı narahatlıq yaradıb.

Qeyd edək ki, bir gün əvvəl Çinin Su Ehtiyatları Nazirliyi sözügedən gölün bəndinin 72 saat ərzində dağıla biləcəyi barədə təcili xəbərdarlıq edib. Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Orqanı Bhotekoşi çayında suyun səviyyəsinin qalxdığını bildirib. Hökumət gölün dağılmasının potensial təsirini qiymətləndirmək üçün Rasuvadakı Bhotekoşi və ətraf ərazilər üzərində helikopterlər ilə hava kəşfiyyatı aparmağa qərar verib.

Çinli hidrogeoloqlar gölün suyunun həcminin 2 milyon kubmetrə çatdığını, növbəti 3 gün ərzində isə gölə daha 3 milyon kubmetr su toplaşacağını proqnozlaşdırırlar. Çinin müvafiq qurumları təcili xilasetmə işlərinə kömək etmək və aşağı axında ikinci dərəcəli daşqın risklərini azaltmaq üçün real vaxt rejimində daşqın simulyasiyaları aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: