Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2456 nəfərdir və onların arasında 213 turist də var.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatında bildirilib. Məlumata görə, xilasetmə əməliyyatına 14 min 889 nəfər cəlb olunub. Yerüstü əməliyyatlar zamanı 4350-dən çox insan xilas edilib.
Ümumilikdə 626 nəfərin cəsədi tapılıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
