Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Buça rayonunda 27 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, bu rəqəm son deyil, ərazidə işlər davam edir.
Daha 42 nəfər, o cümlədən 4 uşaq yaralanıb. Fövqəladə zonadan 381 nəfər təxliyə edilib.
İlkin məlumatlara görə, təxminən 50 yaşayış evinə ziyan dəyib.
