Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

A- A A+

Almaniya hökuməti Əfqanıstana deportasiyaların həyata keçirilməsini asanlaşdırmaq məqsədilə Taliban rejiminin daha bir texniki heyətinin ölkəyə müvəqqəti girişinə icazə verib.

NUHÇIXAN “Zeit” nəşrinə istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyi geri qaytarılmalı şəxslər üçün Taliban tərəfindən tanınan sənədlərin hazırlanması məqsədilə ölkəyə texniki dəstək qrupunun göndərildiyini açıqlayıb. Nazirlik bildirib ki, deportasiyaların sayının artırılması üçün kifayət qədər heyət və müvafiq texniki imkanların yaradılması zəruridir.

Almaniyanın Talibanla rəsmi diplomatik əlaqələri yoxdur. Bununla belə, deportasiyaların həyata keçirilməsi üçün daha əvvəl də Talibanın ayrı-ayrı nümayəndələrinin Almaniyadakı Əfqanıstan nümayəndəliklərinə göndərilməsinə icazə verilib.

Hazırkı hökumətin fəaliyyəti dövründə 228 nəfər Əfqanıstana deportasiya edilib. Onların əksəriyyəti cinayət törətmiş şəxslər olub. Sonuncu deportasiya avqustun 25-də 23 nəfərin Leypsiq-Halle hava limanından Əfqanıstana göndərilməsi ilə həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: