Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

A- A A+

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazın səhhətində problem yaranıb.

NUHÇIXAN xəbər verir ki, bu ölkə mediasının yaydığı məlumata görə, aktyor ürək nahiyəsində yaranan problemlə əlaqədar təcili tibbi yardıma müraciət edib. O, bundan sonra xəstəxanaya aparılıb, müvafiq müayinə və müalicə prosesləri həyata keçirilib. Onun hazırda xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilib.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Cem Yılmazın səhhəti ilə bağlı açıqlama yayıb. O, aktyorun vəziyyətinin yaxşı olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: