Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

A- A A+

Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad edilərək, Koreya Əmək Partiyasının (KƏP) Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Departamentinin birinci müavini təyin olunub.

NUHÇIXAN Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki,

bu qərar Şimali Koreya lideri Kim Çen Inın sədrliyi ilə keçirilən doqquzuncu çağırış KƏP Mərkəzi Hərbi Komissiyasının ikinci iclasında qəbul edilib.

Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Sonq Gi yeni müdafiə naziri təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: