Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

A- A A+

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Nigerdəki vəziyyətlə bağlı açıqlama yayıb.

NUHÇIXAN “TRTHaber”ə istinadla xəbər verir ki, açıqlamada Nigerdəki vəziyyətin diqqətlə izlənildiyi bildirilib.

"Nigerin təhlükəsizliyini və sabitliyini qorumaq üçün təmkinli olmağa çağırırıq və sakitliyin mümkün qədər tez bərpa olunacağına ümid edirik", - deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, Nigerin müdafiə naziri Salifou Modinin sözlərinə görə, bir qrup əsgər paytaxt Niameydəki 101 nömrəli hava bazadakı kazarmada bəzi yoldaşlarını əsir götürməyə cəhd edib və həmin şəhərdəki strateji yerlərə atəş açıb. Modi təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə vəziyyətin nəzarət altına alındığını və hədəf seçilən yerlərdə nəzarətin tədricən bərpa edildiyini deyib. Lakin bəzi mənbələr 101 nömrəli bazada hələlik nəzarətin tam bərpa olunmadığını və üsyançı əsgərlərlə təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında toqquşmaların davam etdiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: