Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

A- A A+

İtaliyanın Siciliya adasında açıq ərazilərdə yanğın baş verib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, yanğın Çiminna şəhəri ilə Ventimilya di Siciliya arasındakı kolluqda başlayıb və geniş əraziyə yayılıb.

Yanğınsöndürənlər alovun qarşısını almaq üçün su daşıyan maşınlardan, eləcə də təyyarə və helikopterlərdən istifadə ediblər.

Yanğın ərazidəki evlərə təhlükə yaratdığı üçün oradakı insanların bir hissəsi təxliyə olunublar. Yanğın zamanı xəsarət alan 1 nəfər xəstəxanaya yerləşdirilib.

Siciliya adasındakı Trapani, Aqrigento və Messina şəhərlərinin yaxınlığında da yanğınlar baş verib.

Adada temperaturun 40 dərəcəni keçdiyi və bəzi yanğınların qəsdən törədildiyinin ehtimal olunduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: