Fransa Prezidenti Emmanuel Makronun reytinqi 21 faizə düşüb.
NUHÇIXAN xəbər verir ki, bu, “Le Journal du Dimanche” qəzeti üçün CSA şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.
Beləliklə, 1 000 fransız arasında keçirilən sorğunun nəticələrinə görə, dövlət başçısının reytinqi 7 faiz bəndi azalaraq 21 faizə düşüb. Hazırda respondentlərin yalnız 21 faizi Makronu dəstəkləyir, 79 faizi isə dövlət başçısının siyasətindən narazıdır.
Qeyd edilib ki, aransızlar təkrarlanan isti hava dalğalarından və meşə yanğınlarından əziyyət çəkirlər. Fransanın şərqində və cənubunda genişmiqyaslı meşə yanğınlarının tüğyan etdiyi vaxt istirahət edən Emmanuel Makronun hidrosiklin sükanı arxasında çəkilmiş fotosunun “Paris Match” jurnalında dərc olunması da prezidentin reytinqinin aşağı düşməsində rol oynayıb.
