Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var - YENİLƏNİB
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
NUHÇIXAN xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.
ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib.
***
saat 15.09
Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.
Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.
Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
