Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

A- A A+

Girnə sahillərində sərnişin gəmisinin aşması ilə bağlı aparılan istintaq çərçivəsində gəminin kapitanı və 7 heyət üzvü nəzarətə alınıb.

NUHÇIXAN “TRT HABER”ə istinadla xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel hadisə ilə bağlı verdiyi yazılı açıqlamada qəza nəticəsində itkin düşən şəxslərin tapılması üçün bütün mövcud resursların səfərbər edildiyini bildirib.

Qeyd edib ki, ilk mərhələdə Türkiyə Sülhməramlı Qüvvələrinə məxsus 4 sahil mühafizə qayığı, 2 helikopter, 1 patrul gəmisi, 1 hücum qayığı, həmçinin Mülki Müdafiə və Polis idarələrinin dalğıc qrupları ilə 4 axtarış-xilasetmə qayığı axtarış-xilasetmə əməliyyatına cəlb olunub. Hazırkı mərhələdə isə Türkiyə Silahlı Qüvvələri tərəfindən ayrılmış 2 təyyarə, 4 helikopter, 4 PUA və 4 sahil mühafizə qayığı axtarış işlərinə cəlb edilib.

Baş nazir itkin düşənlər tapılana qədər axtarış işlərinin fasiləsiz davam edəcəyini vurğulayıb. Kiprin indiyə qədərki ən böyük dəniz fəlakəti ilə üzləşdiyini qeyd edən Üstel hadisədə günahı olanların qanun qarşısında cavab verəcəyini bildirib: “Bu hadisənin hər bir təfərrüatı ən xırda detalına qədər araşdırılacaq. Ən kiçik səhlənkarlıq belə diqqətdən kənarda qalmayacaq. Günahkar və ya məsul şəxs kim olursa olsun, mütləq cəzasını çəkəcək”. Açıqlamasının sonunda Ünal Üstel ŞKTR və Türkiyənin bütün imkanları ilə fəlakət bölgəsində olduğunu xatırladıb, qəzada həyatını itirənlərin yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: