İslandiyada keçirilən referendumda seçicilər Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının yenidən başlanması təklifini rədd ediblər.
NUHÇIXAN xəbər verir ki, “Euractiv” nəşrinin məlumatına görə, ilkin nəticələrə əsasən, seçicilərin təxminən 52,5 faizi “yox”, 47,5 faizi isə “bəli” deyib. Referendumun nəticəsi Brüsselin Aİ-nin genişlənməsi ilə bağlı planlarına ciddi zərbə kimi qiymətləndirilir.
Baş nazir Kristrun Frostadottir danışıqların şərtlərini öyrənmək imkanının verilməsini müdafiə etsə də, “yox” tərəfdarları milli suverenliyin, biznesin və xüsusilə balıqçılıq sektorunun qorunması arqumentlərini ön plana çəkiblər. Aİ-yə qoşulmağın tərəfdarları isə avroya keçidin yüksək inflyasiyanı azaltmağa kömək edə biləcəyini bildiriblər.
İslandiya Avropa iqtisadi məkanının və NATO-nun üzvüdür, Aİ-nin vahid bazarına çıxış imkanına malikdir. Ölkə 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət etmiş, lakin danışıqlar 2013-cü ildə dayandırılmışdı. Brüsseldə isə İslandiyanın mümkün üzvlüyü gələcək genişlənmə prosesinə əlavə təkan kimi nəzərdən keçirilirdi. Aİ rəsmiləri nəticəni hörmətlə qarşıladıqlarını və əm
