Londonda karnaval zamanı 169 nəfər saxlanılıb

A- A A+

Londonda keçirilən “Nottinq Hill” karnavalının ilk günündə 169 nəfər saxlanılıb.

NUHÇIXAN London polisinə istinadən xəbər verir ki, cinayətkarların əksəriyyəti birbaşa küçə festivalının təşkil edildiyi ərazidə, 27 nəfər isə ora gedərkən tutulub.

Saxlanılan şəxslərin əksəriyyətinin üzərində hücum silahları və ya narkotik maddələr aşkar edilib.

“Nottinq Hill” karnavalı Londonun şimal-qərbində 1964-cü ildən bəri ənənəvi olaraq keçirilir. Bu, Avropanın ən böyük küçə festivalıdır, hər il 1 milyondan çox britaniyalı və turist iştirak edir. Karnaval zamanı Londonda zorakılıq və cinayətkarlıq, xüsusən bıçaqla törədilənlər cinayətlər, eləcə də narkotik istifadəsi və qaçaqmalçılığı ilə əlaqəli hadisələr kəskin şəkildə artır. 2025-ci ildə 2 gün ərzində 528 nəfər saxlanılmış, 4 nəfər bıçaqlanmışdı.

Karnaval avqustun 31-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: