Tramp İranın Xark adasına zərbələr endirilməsini əks etdirən videolar yayımlayıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında süni intellekt tərəfindən hazırlanmış və İranın Xark adasına zərbələr endirilməsini əks etdirən videolar yayımlayıb.

NUHÇIXAN xəbər verir ki, “Xark adasını parça-parça edirlər!!!”, - deyə ABŞ prezidenti yazıb.

Yayımlanan qısa videolardan birində sahildəki tikililərə raket zərbələri endirildiyi, digərində isə həmin tikililərin yanaraq partladığı göstərilir. Tramp videoları niyə paylaşdığını açıqlamayıb.

Qeyd edək ki, Xark adası Fars körfəzində yerləşir və İranın ən böyük neft ixrac terminalıdır. Tramp daha əvvəl ABŞ-ın bu adanı ələ keçirməyə cəhd göstərə biləcəyini istisna etməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: