Pentaqon raket istehsalını artırmaq üçün "General Dynamics Ordnance and Tactical Systems" (GD-OTS) və "Lockheed Martin" şirkətləri ilə yeddiillik sazişlər bağlayıb.
NUHÇIXAN "Sky News"a istinadən xəbər verir ki, sazişlər THAAD və "Patriot PAC-3 MSE" raket əleyhinə müdafiə sistemlərinin əsas komponentlərin istehsal həcminin artırılmasını və tədarükünün sürətləndirilməsini nəzərdə tutur.
"General Dynamics" xüsusilə, PAC-3 MSE raket əleyhinə vasitələrin buraxılışı üzrə istehsal gücünü üç dəfə, THAAD istehsalı üzrə gücünü isə dörd dəfə artırmaq niyyətindədir. Həmçinin mühərrik gövdələrinin, yüksək həssaslığı olan başlıqların və digər komponentlərin buraxılışının artırılması planlaşdırılır.
ABŞ müdafiə nazirinin satınalmalar və maddi-texniki təminat məsələləri üzrə müavini Maykl Daffi bildirib ki, sazişlər istehsal müddətlərini qısaltmağa və ABŞ-nin daxili istehsal güclərinin genişləndirilməsini sürətləndirməyə imkan verəcək.
