Ukraynanın Borispol şəhərinə hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var - FOTOLAR
Rusiya ordusunun Kiyev vilayətinin yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib, ölənlər var.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, Borsipol şəhərinə endirilən hava zərbələri nəticəsində 4 nəfər həlak olub. Daha 13 nəfər yaralanıb. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Borispolda beşmərtəbəli yaşayış binası, mağaza, fərdi evlər, avtomobillər, biznes və yanacaqdoldurma məntəqəsi binası ziyan görüb.
Tkaçenko bildirib ki, Obuxov rayonunda 11 fərdi ev, anbar və yanacaqdoldurma məntəqəsinə zərər dəyib, bir nəfər yaralanıb.
Yerli hakimiyyət orqanlarının nümayəndələri, xilasedicilər və digər müvafiq xidmətlərin əməkdaşları hadisə yerində işləyir.