Rusiya Prezidenti: BMT maraqların uzlaşdırılmasının əsas mexanizmi kimi öz funksiyasını qoruyub saxlamalıdır
BMT maraqların uzlaşdırılmasının əsas mexanizmi kimi funksiyanı qoruyub saxlamalıdır. BMT elə əvvəldən məhz belə bir mexanizm kimi yaradılıb.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.
O qeyd edib ki, BMT hər hansı bir ölkənin və ya ölkələr qrupunun maraqlarını müdafiə edən təşkilat ola bilməz.
“Şübhəsiz ki, maraqların uzlaşdırılmasının əsas mexanizmi BMT-dir. Ən azı ona görə ki, belə başqa bir mexanizm sadəcə yoxdur”, – deyə Rusiya Prezidenti əlavə edib.
