Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumundan danışıb

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumunu şərh edib.

NUHÇIXAN xəbər verir ki, Zelenski Rusiyanın zərbələrini həyatı maksimum dərəcədə dağıtmaq məqsədilə planlaşdırdığını və buna yalnız hava hücumundan müdafiə vasitələri kifayət etmədikdə müvəffəq olduğunu qeyd edib.

“Zərbə zamanı çox sayda reaktiv dron və ballistik raketdən istifadə olunub. Təəssüf ki, yaşayış evləri və mülki infrastruktur dağılıb”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, gecə saatlarında Rusiya hərbçiləri Kiyevdəki dəmir yolu deposuna məqsədyönlü ballistik zərbə endiriblər.

Nəticədə yeddi nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Paytaxtın digər ərazilərinə edilən hava hücumlarından da zərərçəkənlər olub.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücumlar nəticəsində Kiyevin səkkiz sakini həlak olub, yeddi nəfər yaralanıb. Yaralananlar arasında üç uşaq da var.

Ötən gecə Rusiya hərbçiləri Rumıniya ilə sərhəddə yerləşən “Orlovka” beynəlxalq keçid məntəqəsinə də hücum ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: