Dünya temperaturun 1,5°C kritik həddini keçməsi istiqamətində irəliləyir. Buna görə də tullantıların həcmini kəskin şəkildə azaltmaq və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirmək zəruridir.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bişkekdə “ŞƏT+” formatında keçirilən görüşdə deyib.
O bildirib ki, iqlimlə bağlı tədbirlər iqlim ədalətinin təmin olunmasını və inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli maliyyə dəstəyinin göstərilməsini tələb edir.
Quterreş, həmçinin iqlim dəyişikliyinin nəticələrindən zərər çəkmiş icmalara və işçilərə dəstək göstərilməsinin zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, kritik əhəmiyyət daşıyan faydalı qazıntılardan məsuliyyətli və dayanıqlı şəkildə istifadə olunmalı və tənzimlənməlidir. Eyni zamanda, istehsalçı ölkələrə öz məhsullarının əlavə dəyərini artırmaqda kömək göstərilməlidir.
