Britaniya hökuməti həbsxanalarda 900-dək əlavə yer yaratmağı planlaşdırır

A- A A+

Böyük Britaniya hökuməti həbsxanalardakı sıxlığı azaltmaq məqsədilə İngiltərə və Uelsdə mövcud həbsxanalarda əlavə kameralar yaratmağı planlaşdırır.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, mövcud büdcə vəsaitləri hesabına 110 milyon funt sterlinq ayrılacaq. İstifadə olunmayan ofis sahələri, camaşırxanalar və anbarların həbsxana kameralarına çevrilməsi nəzərdə tutulur.

Camaşırxanaların kameralara çevriləcəyi halda məhbusların geyimlərinin harada yuyulacağı ilə bağlı suala cavab verən ədliyyə naziri Aleks Norris həbsxanaların normal fəaliyyətinin davam etdirilməsinin təmin olunacağını deyib. O, mövcud sahələrdən daha səmərəli istifadə imkanlarının nəzərdən keçirildiyini vurğulayıb. Nazirin sözlərinə görə, həbsxanalardakı mövcud sahələrin yenidən istifadəyə verilməsi hesabına 200-dən 900-dək əlavə yerin yaradılması mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: